Avropa Oyunlarının ilk medalçısı- - Yenilənib

avropa-oyunlarinin-ilk-medalcisi-
Oxunma sayı: 1201


27 idmançının qatıldığı yarışda finiş xəttinə ən tez çatan isveçrəli Yolanda Neft qızıl medala yiyələnərək. Avropa Oyunlarının ilk medalçısı kimi tarixə düşüb.

Azərbaycanı təsmil edən Ülfət Nəzərli isə finiş xəttinə çata bilməyib.

***

İlk Avropa Oyunlarının çempiyonu Yolanda Neff  qızıl medalını Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikkidən qəbul edib və bildirib: 

“Birinci Avropa Oyunlarında iştirak etmək möhtəşəmdir və ilk qızıl medalı qazanmaq gözəl hissdir.

"Yarış marşrutu çox küləkli idi. İlk üç dövrədə biz qrup şəklində yarışırdıq və daha sonra mən, sürətimi artırdım və getdikcə rəqiblərimdən daha çox uzaqlaşdım.

"Həqiqətən çox sevinirəm ki, komanda yoldaşım, isveçrəli Ketrin Stirnemann gümüş medalı və Polşanı təmsil edən yaxın rəfiqəm Maya Vlojovska bürünc medalı qazandı."

Dünyada nömrə bir olan xanım Neff, altı yaşından etibarən yarışır və Bakı 2015 Avropa Oyunlarındakı qələbəsindən öncə 2015-ci ildə səkkiz yarışın qalibi olub.

Bakı 2015 Dağ Velosipedi Veloparkı Azərbaycanda ilk dəfə bu məqsəd üçün tikilmiş Dağ Velosipedi məkanıdır. Məkan həmçinin bu gün kişilər arasında birgünlük yarışda mübarizə aparan 77 idmançıya ev sahibliyi edir.