Avropa Parlamenti plenar sessiyada debatların yekunlarına dair qətnamədə Avropa İttifaqı ölkələrini Çexiyaya dəstək məqsədilə rusiyalı diplomatların koordinasiyalı şəkildə ölkələrdən çıxarılmasına çağırıb.
Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.
“Rusiya: Aleksey Navalnı işi, Ukrayna ilə sərhəddə hərbi gücün artırılması və Çexiyaya hücum” adlı qətnaməni 569 deputat dəstəkləyib, 67-si əleyhinə səs verib, 46-sı isə bitərəf qalıb.
“Avropa Parlamenti Rusiyanın Çexiyaya qarşı təhdidlərini pisləyir, Avropa İttifaqı ölkələrinin müxtəlif hökumətləri, diplomatik xidmətlər tərəfindən artıq qəbul edilmiş həmrəylik qərarlarını dəstəkləyir, “Skripal işi”ndə olduğu kimi, Aİ-yə üzv dövlətləri Rusiya diplomatlarının əlaqələndirilmiş şəkildə göndərilməsini həyata keçirməyə çağırır”, - sənəddə deyilir.
Avropa Parlamentinin beynəlxalq məsələlər üzrə qətnamələri məcburi deyil, deklarativ xarakter daşıyır. Lakin Aİ-nin digər institutları deputatların rəyinə qulaq asmalıdırlar.
Qeyd edək ki, Praqa aprelin ortalarında RF xüsusi xidmətlərini 2014-cü ildə Vrbetitsada yerləşən hərbi sursat anbarının partladılmasında günahlandırıb. Bundan sonra Çexiya Rusiya səfirliyinin 18 diplomatını ölkədən çıxarıb. Cavabında Moskva Çexiya diplomatik missiyasının 20 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Son xəbərlər
Son Xəbərlər