Avropa Parlamentində axtarışlar aparılıb

avropa-parlamentinde-axtarislar-aparilib
Oxunma sayı: 2041

Belçikanın Federal Prokurorluğu, eləcə də Fransanın hüquq-mühafizə orqanları Avropa parlamentinin əməkdaşının iqamətgahında və ofislərində axtarışlar həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “The Guardian” yayıb.

Bildirilir ki, adı açıqlanmayan həmin şəxs korrupsiyada və Rusiya ilə əlaqədə ittiham edilir.

Təqsirləndirilən şəxsin Strasburqda da yerləşən ofisində axtarışlar aparılıb. Prokurorluq onun Rusiya ideyalarının təbliğində “əhəmiyyətli rol” oynaması ilə bağlı düşüncədədir.

Məlumata görə, Avropa parlamentinin üzvlərinə müraciətlər edilib və “Voice of Europe” xəbər portalı vasitəsilə Rusiyanın təbliğ edilməsinə görə ödənişlər olunub.