Avropa Parlamenti fövqəladə sessiya keçirəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Martin Şults bildirib. Onun sözlərinə görə, iclas iyunun 28-də baş tutacaq.
Sədr bildirib ki, sessiyada Böyük Britaniyanın AB-dən çıxması barədə qətnamə qəbul olunacaq. Şults “Avropa parlamenti Böyük Britaniyada referendumun nəticələrinin qiymətləndirilməsi ilə bağlı qətnamə qəbul etmək üçün çərşənbə axşamı təcili toplaşmaq qərarı qəbul edib”, - deyə bildirib.
Son xəbərlər
Son Xəbərlər