Avropa Parlamentində bu gün Türkiyə ilə bağlı baş tutan səsvermənin nəticəsi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, Ankaranın Avropa İttifaqına üzvlük müzakirələrinin təxirə salınmasını nəzərdə tutan qətnamə qəbul edilib. 638 nəfərin iştirak etdiyi səsvermədə qətnamə 64 əleyhinə 477 leyhinə olmaqla qəbul edilib, 97 parlamentari isə bitərəf qalıb.
Türkiyənin Xarici İşlər Nazirliyi Avropa parlamentinin qərarını sərt tənqid edib. Türkiyə tərəfi qərarı rədd edib və onu yox kimi saydığını bəyan edib.
Son xəbərlər
Son Xəbərlər