Avropa Parlamenti (AP) bu il ikinci dəfə Vensuela ilə bağlı səsvermə keçirib.
“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, səsvermə nəticəsində Xuan Quaydo növbəti dəfə bu ölkənin müvəqqəti prezidenti kimi tanınıb.
Parlament Vensueladakı mövcud böhran vəziyyətini qınayıb, jurnalistlərə və siyasətçilərə təzyiqlərin dayandırılmasını tələb edib. Bundan başqa, şəffaf prezident seçkilərinin keçirilməsi də istənilib.
Avropa İttifaqı ölkələrinə Venesuela rəsmilərinə sanksiya təbiq edilməsi barədə də çağırış edilib.
Qeyd edək ki, AP bu il ilk dəfə yanvarın 31-də Quaydonu prezident olaraq tanımışdı.
Son xəbərlər
Son Xəbərlər