Avropa Parlamentinə yeni spiker seçildi

avropa-parlamentine-yeni-spiker-secildi
Oxunma sayı: 841

“Sosial Demokratlar” partiyasından namizəd italyan deputat David-Mariya Sassoli Avropa Parlamentinə sədr seçkilərində qalib gəlib.

“Qafqazinfo”nun “Röyters”ə istinadən verdiyi xəbərə görə, 63 yaşlı Sassoli səsvermənin ikinci mərhələsində 345 səslə qələbə qazanıb.

O, bu vəzifədə yaxın 2.5 il ərzində olacaq. 

Qeyd edək ki, Florensiya şəhərindən olan Sassoli ilk vaxtlar jurnalistika ilə məşğul olub. Son 10 ildə o, AP-də millət vəkilidir.