Avropa Parlamentinin binaları koronavirus xəstələrinə veriləcək

avropa-parlamentinin-binalari-koronavirus-xestelerine-verilecek
Oxunma sayı: 1108

Avropa Parlamenti koronavirus xəstələrinə və ehtiyacı olanlara kömək etmək üçün bir sıra binalarını təhvil verəcək.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, Strasburqda və Brüsseldə yerləşən iki bina artıq yerli hakimiyyətlərə təhvil verilib.

Avrop Parlamentinin sədri David Sassoli açıqlamasında bunun müvəqqəti tədbir olduğunu bildirib: “Bu ciddi sanitar-epidemioloji vəziyyət zamanı binalarımızdan birini evsiz və müdafiəsiz qalan insanların ixtiyarına vermək qərarına gəldik”.

Brüssel binasının daimi yaşayış yeri olmayan və evlərinə qayıda bilməyən xəstələr üçün istifadəyə veriləcəyi bildirilib. Strasburq binasında isə koronavirus xəstələrinin müalicəsi üçün tibbi mərkəzin açılacağı qeyd olunub.

Qeyd edək ki, mart ayının ortalarından etibarən Avropa Parlamentinin deputatları koronavirusun yayılması səbəbilə distant iş rejiminə keçiblər.