Avropa Parlamentinin yeni prezidenti seçildi

avropa-parlamentinin-yeni-prezidenti-secildi
Oxunma sayı: 1584

Avropa Parlamentinin yeni prezidenti seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə 43 yaşlı maltalı deputat Roberta Metsola seçilib.

458 deputat Metsolanın lehinə səs verib. Məxfilik şəraitində keçirilən seçkilərin nəticəsini parlamentin vitse-prezidenti Pedro Pereyra açıqlayıb.

Metsola daha əvvəl Avropa Parlamentinin birinci vitse-prezidenti olaraq çalışıb. Yanvarın 11-i parlamentin prezidenti David Sassolinin dünyasını dəyişməsindən sonra prezidentin səlahiyyətlərini icra edib.