Avropa Superliqası donduruldu

Avropa Superliqası donduruldu
Oxunma sayı: 1199

Avropa Superliqası layihəsi müvəqqəti olaraq dondurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Superliqa rəhbərliyi açıqlama verib. 

Bildirilib ki, liqa üçün yeni format tətbiq ediləcək. 

Açıqlamada həmçinin ingilis komandalarının xarici təzyiq üzündən liqadan ayrıldığı qeyd edilib.