Avropa Şurası 2018-ci il müzakirələrinə başladı

avropa-surasi-2018-ci-il-muzakirelerine-basladi
Oxunma sayı: 1095

Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclasları başlayıb.

Bu barədə “Qafqazinfo”ya millət vəkili Sahibə Qafqarova məlumat verib. O, bildirib ki, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Nümayəndə heyətinə deputatlardan Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildir.

S. Qafarova bildirib ki, iclaslarda Avropa Şurasının Baş katibi və Baş Katibinin müavini tərəfindən məlumat xarakterli cıxışı, Daimi Komitənin Kopenhagendə olan iclası haqqında fikir mübadiləsi, 2018-ci il Qış sessiyası haqqında müzakirə, Avropa Şurasının İnsan Hüquqları üzrə Ali Komissarın seçilməsi, 2018-ci il maliyyə ili üçün Parlament Assambleyasının xərcləri, 2018-ci ilin iş planı, Parlament Sədrlərinin Avropa Konfransı, Avropa Parlamenti və digər Avropa Birliyi qurumları ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.