Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Bakıda baş verən partlayışla bağlı başsağlığı verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi “X” səhifəsində paylaşım edib.
“Bu gün Bakıda baş verən partlayışdan kədərləndiyimi bildirirəm. Zərərçəkənlərə və onların yaxınlarına, həmçinin Azərbaycan hakimiyyətinə başsağlığı verirəm”, - paylaşımda qeyd olunub.

Son xəbərlər
Son Xəbərlər