Avropada hansı ölkədə nə qədər ət istifadə edilməsinə dair statistika açıqlanıb.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, bu qitədə adambaşına illik ət istifadəsinin ortalam 80 kq olduğu açıqlanıb.
İspaniya siyahıya liderlik edir. İspanlar ildə adambaşına 94,04 kq ət yeyir. İkinci pillədəki İslandiyada bu göstərici 93,33 kq-dır. İlk üçlüyü 90,97 kq-la Avstriya tamamlayır.
Ən az ət yeyilən ölkə isə Gürcüstandır - 27,89 kq. Bu ölkəni Türkiyə (28,1 kq), Azərbaycan (31,1 kq) və Bosniya və Hersoqovina (32,21 kq) izləyir.
Son xəbərlər
Son Xəbərlər