Avropada ilk kuboku BATE qazandı

avropada-ilk-kuboku-bate-qazandi
Oxunma sayı: 1432

Bu gün Belarusda ölkə kubokunun final oyunu keçirilib.

"Qafqazinfo" xəbər verir ki, həlledici qarşılaşmada BATE ilə “Dinamo”  (Brest) üz-üzə gəlib.

Görüşün əsas vaxtı qolsuz başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxta artırılmış son saniyələrdə - 120+1-ci dəqiqədə Zaxar Volkov BATE-yə kuboku qazandıran qolu vurub.

Xatırladaq ki, Belarus pandemiya dövründə futbolu dayandırmayan yeganə ölkə olub. BATE – “Dinamo” qarşılaşması isə bu mövsüm Avropa qitəsində kubokun ilk final görüşüdür.