Britaniyalı heykəltəraş Ceyson Teylor Kanar adalarına daxil olan Lansarote adasında (İspaniyanın Las-Palmas əyaləti) sualtı muzey yaradır. O, Baham adalarında, Meksikanın Kankun adasında və Antil adalarında da oxşar muzeylərin müəllifidir
“Qafqazinfo”nun buro247.az-a istinadən verdiyi məlumata görə, britaniyalı Lansarote üçün kolleksiyanın yaradılmasına 2 il vaxt sərf edib. Onun yaratdığı 300 heykəltəraşlıq əsəri qəhrəmanları ada sakinləri olan hadisələrə həsr edilib. Bütün heykəllər əsrlərə davam gətirməyə hesablanan, amma ətraf mühit üçün ziyanlı olmayan çox möhkəm sementdən hazırlanıb. 300 heykəldən 35-i artıq suyun dibində yerləşdirilib.
Təqribən 400 kvadratmetr ərazini əhatə edəcək muzey 12 metrdən 15 metrədək dərinlikdə yerləşəcək. Odur ki, muzeyə təkcə dalğıclar deyil, qurudakı turistlər də tamaşa edə biləcəklər. Ada hökuməti muzeyin yaradılmasına 800 min avro vəsait ayırıb.


Son xəbərlər
Son Xəbərlər