Avropada koronavirus qurbanlarının sayı 1 milyonu ötdü

avropada-koronavirus-qurbanlarinin-sayi-1-milyonu-otdu
Oxunma sayı: 1040

Avropada koronavirus qurbanlarının sayı 1 milyonu ötüb.

Bu barədə “Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Avropa xəstəlik səbəbindən 1 000 062 nəfər dünyasını dəyişib. Pandemiyanın davam etdiyi müddətdə bütün Avropa ölkələrində 37,2 milyondan çox koronavirusa yoluxma qeydə alınıb.

Dünyada COVID-19-a yoluxanların 30,5%-ə yaxın hissəsi, ölüm hallarının isə 35,5%-i Avropa qitəsinin payına düşür.