Avropada koronavirusdan 2-ci ölüm qeydə alındı

avropada-koronavirusdan-2-ci-olum-qeyde-alindi
Oxunma sayı: 1335

İtaliyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb. “Qafqazinfo” bildirir ki, bu barədə “Il Corriere della Sera” qəzeti və digər İtaliya KİV-ləri xəbər verib.

Onların məlumatına görə, Veneto vilayətində xəstəxanada 78 yaşlı kişi dünyasını dəyişib.

Mərhumun həyat yoldaşı da yüksək hərarətlə həmin xəstəxanaya yerləşdirilib.

Bu, Avropada koronavirusdan ikinci ölüm hadisəsi olub. Daha əvvəl Fransada Hubey əyalətindən gələn 80 yaşlı çinli turist vəfat etmişdi.