Avropada miqrantlarla polis arasında toqquşma oldu

avropada-miqrantlarla-polis-arasinda-toqqusma-oldu
Oxunma sayı: 810

Avstriya-İtaliya sərhədində yerləşən Brenner aşırımında miqrantlarla polis arasında toqquşma baş verib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 polis əməkdaşı xəsarət alıb.

Bildirilir ki, toqquşmaya səbəb miqrantların aqressiv davranışı olub. Etirazçılar Avropa ölkələrinin qapılarının miqrantların üzünə bağlanmasını pisləyiblər.

Xatırladaq ki, aprelin 4-dən rəsmi Ankara ilə Avropa İttifaqı arasında əldə olunan razılığa əsasən qanunsuz olaraq Türkiyədən Yunanıstana keçən miqrantlar geri qaytarılacaq.