“Avropada müharibə riski son 30 ilin ən yüksək həddindədir”

avropada-muharibe-riski-son-30-ilin-en-yuksek-heddindedir
Oxunma sayı: 1059

ATƏT sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib ki, Avropada genişmiqyaslı müharibə riski son 30 ildə ən yüksək həddədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Avropa təhlükəsizliyi və qlobal təhlükəsizliyə gəldikdə, biz kritik bir nöqtədəyik. Hazırda Avropada ciddi müharibə riski son 30 ilin ən yüksək səviyyəsindədir”, - Rau bildirib. 

O vurğulayıb ki, Ukrayna ətrafında münaqişənin gərginləşməsi təkcə insan iztirabları demək deyil, həm də ciddi siyasi, iqtisadi və hərbi nəticələrin olacağı deməkdir.

Rau qeyd edib ki, o, vəziyyətdən çıxış yolu kimi Rusiya ilə Avropada təhlükəsizlik mövzusunun yeni müzakirəsində görür və bu məsələyə nikbinliklə yanaşır.