Avropada qazın qiyməti 3 900 dollara çatdı - Yenilənib

avropada-qazin-qiymeti-3-900-dollara-catdi
Oxunma sayı: 3737

Avropada təbii qazın qiyməti tarixi rekordu yeniləyib.

“Qafqazinfo” xəbər verir ki, ICE Futures birjasının məlumatına görə, Niderlanddakı TTF qovşağında aprel fyuçerslərinin qiyməti hər min kubmetr üçün 3514 dollara çatıb.

Fevral ayı üçün TTF-nin orta qiyməti 935 dollar səviyyəsində olub.

Qeyd olunur ki, Rusiya enerji resurslarının - neft, kömür, maye qazın tədarükü ilə bağlı dünya bazarında qeyri-müəyyənlik artır. Ukrayna ətrafındakı çətin vəziyyətlə yanaşı (bazar bu istiqamətdə risklərin hər gün artdığına inanır) bu həftə Avropada bərpa olunan mənbələrdən - külək istehsalından elektrik enerjisi istehsalının kəskin azalması müşahidə olunub.

***

Avropada qazın qiyməti ardıcıl dördüncü ticarət günüdür ki, tarixi rekordu yeniləyir və bugünkü ticarət zamanı 1000 kubmetr üçün 3900 dollara yaxınlaşıb.

London Fond Birjasının məlumatına görə, ümumilikdə qazın qiyməti ticarət başlayandan bəri 79%-dən çox artıb.