“Avropada silah-sursat anbarları boşalır, Ukraynaya tədarük azalıb”

avropada-silah-sursat-anbarlari-bosalir-ukraynaya-tedaruk-azalib
Oxunma sayı: 1798

“Ukraynanın döyüş sursatı demək olar ki, tükənib, Kiyev isə tamamilə Qərb silahlarına arxalanır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Kəşfiyyat Xidmətinin rəis müavini Vadim Skibitski “The Guardian” qəzetinə bildirib.

“Müqayisə ilə desək, Rusiyanın 10-15 artilleriya silahına müqabilində Ukraynada yalnız bir silah var. Qərb tərəfdaşlarımız əllərində olanın təxminən 10%-ni bizə verdilər”, - deyə o qeyd edib.

V. Skibitski, həmçinin əlavə edib ki, indi Ukrayna Silahlı Qüvvələri gündə 5-6 min artilleriya mərmisindən istifadə edir, lakin silahların da demək olar ki, hamısı NATO ölkələri tərəfindən verilir. Çünki Ukrayna ordusunda heç nə qalmayıb:

“İş o yerə çatıb ki, artıq Avropanın özündə silah-sursat anbarları boşalmağa başlayıb, bu səbəbdən də Ukraynaya silah tədarükü azalıb. Eyni zamanda, yaxın gələcəkdə münaqişə “əsasən artilleriya” olaraq qalacaq və Qərb raket sistemlərinin tədarükünü artırmasa, Kiyev heç nə edə bilməyəcək”.