Avropadakı azərbaycanlılardan Bundestaqa- - Müraciət

avropadaki-azerbaycanlilardan-bundestaqa-
Oxunma sayı: 738


“Qafqazinfo” xəbər verir ki, bu barədə Diasporla iş üzrə Dövlər Komitəsinin rəsmi saytında məlumat yerləşdirilib. Müraciətdə, Ermənistan tərəfindən intensiv şəkildə atəşkəsin pozulduğu və ermənilərin təcavüzü nəticəsində Azərbaycanın 13 hərbçisinin, eyni zamanda sülhsevər sakinlərinin şəhid olduğu qeyd edilir.

Bəyanatda həmçinin Azərbaycanın 20 faiz torpağının 20 ildən çoxdur ki işğal altında olduğu, işğal olunmuş torpaqların qeyd şərtsiz azad edilməsinə dair BMT-nin 822, 853, 874 ve 884 saylı qətnamələrinin hələ də icra olunmamasına baxmayaraq Azərbaycanın  hər zaman regionda sülhsevər siyasətin tərəfdarı kimi çıxış etməsi vurğulanır.

AAK Avropada fəaliyyət göstərən beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar suyasətinə qarşı zəruri addımlar atmağa, münaqişənin yenidən alovlanması təhlükəsinin regionda sülhə və sabitliyə diddi təhlükə yaratdığını nəzərə almağa çağırıb.

Qeyd edək ki, Ermənistanın işğalçılıq siyasətini pisləyən Bəyanat ATƏT-in Minsk qrupunun üzvlərinə, Almaniya Federativ Respublikasının Parlamentinə (Bundestaq), Avropa Parlamentinin Xarici Əlaqələr və İnsan Hüquqları Komitələrinə, həmçinin "Human Rights Watch" beynəlxalq insan hüquqlarının müdafiəsi təşkilatının və "Amnesty International" təşkilatınının Almaniyadakı nümayəndəliklərinə göndərilib.