Avropadan damazlıq üçün gətirilən iribuynuzlu heyvanların növbəti partiyası “Aqrolizinq” ASC-nin Gəncə Regional Bazasına yerləşdirilib.
“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, 160 baş düyə “Holştinfriz” və “Simmental” cinslərindəndir. Gəncə Şəhər Baytarlıq İdarəsinin həkimləri tərəfindən boğaz düyələrdən brusellyoz, leykoz, xlamidioz və “göy dil” xəstəliyinə qarşı qan nümunələri götürülərək, Respublika Baytarlıq Laboratoriyasına göndərilir. Bu ilin 4 ayı ərzində Almaniya və Avstriyadan Gəncəyə 295 baş düyə gətirilib.
Gəncə Şəhər Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev deyir ki, heyvanlar gətirilməmişdən öncə profilaktika məqsədilə bütün tədbirlər həyata keçirilib: “Əvvəlcə ərazi mexaniki olaraq tam təmizlənib, termiki və kimyəvi dezinfeksiya işləri aparılıb. Hazırda heyvanlardan infeksion xəstəliklərə qarşı qan nümunələri götürülür. Tərəfimizdən 30 gün müddətinə bazada karantin elan olunub. Karantin müddəti başa çatdıqdan sonra heyvanların lizinq yolu ilə fermerlərə satılmasına başlanılacaq".
Son xəbərlər
Son Xəbərlər