Avropalı deputatlar sərhəddəki Həkəri körpüsündə - Foto

avropali-deputatlar-serheddeki-hekeri-korpusunde
Oxunma sayı: 2170

Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki missiyası və ölkədə səfərdə olan Avropa Parlamentinin deputatları Azərbaycan-Ermənistan sərhədinin Həkəri körpüsü yaxınlığındakı hissəsinə səfər ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat mülki missiyanın tviter hesabında paylaşılıb.

Səfərdə missiyanın rəhbəri Markus Ritter, Aİ-nin Ermənistandakı nümayəndəliyinin sədri Andrea Viktorin və Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə üzrə Alt Komitənin sədri Natali Luazo iştirak ediblər.