“Qafqazinfo” xəbər verir ki, bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verib. E.Süleymanov deyib ki, Yerevandakı sessiyada iştirak etməsə də Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəlişlərin ləğv olunması istiqamətində Ermənistan tərəfinin səyləri boşa çıxıb. Nümayəndə heyətimiz tərəfindən Avronest PA-nın dörd məruzəsinə təklif olunan düzəlişlərin plenar iclasda qəbul edilməsi hüququ saxlanılıb. Azərbaycan nümayəndə heyətinin irəli sürdüyü və Avropa Parlamentinin üzvləri ilə birgə imzaladığı bütün düzəlişlər artıq səsvermə siyahılarındadır.
Son xəbərlər
Son Xəbərlər