“Avropalı diplomatlar tədbirin təşkilinə heyran qalıblar”

avropali-diplomatlar-tedbirin-teskiline-heyran-qaliblar
Oxunma sayı: 1389


“Qafqazinfo” xəbər verir ki, şöbə müdiri tvitter hesabında bu hadisənin həm Azərbaycan, həm də dünya tarixi üçün önəmini qeyd edib:

“Sabah bütün dünya Birinci Avropa Oyunlarının Ana Vətəni olan Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq. Bu hadisə həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaqdır! 

Avropalı diplomatlar Azərbaycanın qısa müddətdə bu cür mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsinə heyran qalıblar.

Bu hadisə müxtəlif ölkələrin xalqlarının Azərbaycanı daha yaxindan tanımasına və onunla yaxınlaşmasına öz töhfəsini verəcək. Əminəm ki, Azərbaycanın əsl idman ölkəsi olduğunu bizim atletlərimiz öz uğurlu çıxışları ilə bir daha sübut edəcəklər.

Mən I Avropa Oyunlarında iştirak edən bütün idmançılara uğurlar arzulayıram!”