Avropalı liderlər Brexiti İngiltərəsiz müzakirə edəcəklər

avropali-liderler-brexiti-ingilteresiz-muzakire-edecekler
Oxunma sayı: 856

Avropalı liderlər Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını yüksək səviyyəli sammitdə müzakirə edəcəklər.

“Qafqazinfo” xəbər verir ki, bu, Birləşmiş Krallığın baş naziri Devid Kemeronun iştirakı olmadan keçiriləcək ilk tədbir olacaq. Bu barədə “Reuters” yazıb.

Agentliyin məlumatına görə, 27 Avropa ölkəsi arasında danışıqlar iyunun 29-da Avropa Şurasının rəhbəri Donald Taskın sədrliyi ilə keçiriləcək.