Avropalı nümayəndələr Gəncədə səfərdədir

avropali-numayendeler-gencede-seferdedir
Oxunma sayı: 689


“Qafqazinfo”ya daxil olan məlumata görə, ölkəmizdə gənclər siyasətinin uğurla inkişaf etdiyini deyən şəhər rəhbəri, şəhərimizdə gənclər üçün yaradılan imkanlardan, həmçinin,  Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı  olması münasibəti ilə şəhərdə inşa olunacaq yeni tikililər və görüləcək  bütün işlər barəsində qonaqlara geniş məlumat verib.

Avropa Gənclər Forumunun prezidenti  Piter Matyasic  Gəncənin inkişaf etdiyini,  şəhərin gözəlləşdiyini xüsusi vurğulayıb. O, Gəncənin 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilməsini  Azərbaycanın və eləcə də Gəncənin uğuru kimi qiymətləndirib.

Görüşün sonunda şəhər rəhbəri  qonaqlara Avropa Gənclər Fondunun loqosunun əks olunduğu xalça və Nizami Gəncəvinin “Xəmsə” –nin ingilis dilində tərcüməsini hədiyyə edib.