Avropalılar Təzəpiri ziyarət ediblər

avropalilar-tezepiri-ziyaret-edibler
Oxunma sayı: 649

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Qafqazinfo”ya bildirib ki, Avropalı nümayəndələr Məscid Kompleksi ilə tanış olublar. Onlara kompleksin tarixi, yenidənqurma işləri ilə bağlı ətraflı məlumat verilib. Nümayəndə heyəti həmçinin QMİ-nin kitabxanasına da baş çəkib. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyasının sədri Luka Volonte Kompleksin xatirə kitabına ürək sözlərini yazıb.