ABŞ-ın koronavirus səbəbiylə Şengen ölkələrinin vətəndaşlarına qoyduğu 30 günlük giriş qadağasından sonra neft qiymətlərində 4%, Asiya birjalarında isə 4-5% ucuzlaşma müşahidə olunur.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, ABŞ tərəfindən görülən tədbirlər koronavirus pandemiyasının həm biznesə, həm də müxtəlif ölkələrin vətəndaşlarının həyatına necə təsir etdiyini göstərir.
Eyni zamanda, bazar iştirakçıları da iqtisadi geriləmə riskinin getdikcə artdığını bildirib.
Hadisələr fonunda London birjasında “Brent” markalı neftin may fyuçersi 4,4% ucuzlaşaraq 34,22 dollara düşüb.
Nyu-York birjasında WTI markalı neftin qiyməti isə 4,2% azalaraq 31,60 dollardan satılır.
Son xəbərlər
Son Xəbərlər