Avropalıların Sami Yusufun “Nəsimi” kompozisiyasına reaksiyası - Video

avropalilarin-sami-yusufun-nesimi-kompozisiyasina-reaksiyasi
Oxunma sayı: 2584

Çexiyanın Brno şəhərində yaşayan azərbaycanlı Elmar Həmidli Yutubda «Ra&Kam TV» adlı bloq yaradıb və ilk buraxılışlarının birində avropalıları Azərbaycan musiqisi ilə tanış edib.

“Qafqazinfo”nun məlumatına görə, Brnonun sakinlərinə, qonaqlarına yaxınlaşan E. Həmidli onlardan azərbaycan əsilli britaniyalı bəstəkar və müğənni Sami Yusufun ifa etdiyi “Nəsimi” kompoziyasını dinləmələrini xahiş edib və daha sonra fikirlərini öyrənib. Kompozisiyanı ifaçı dahi Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırlayb. 

“Ağır və güclüdür, “Taxt-tac oyunları”nın saundreki kimi”, - E. Həmidlinin Azərbaycan musiqisini sevən həmsöhbətlərindən biri deyib.   

Digər həmsöhbətlərin “Nəsimi” kompoziyasına olan reaksiyası aşağıdakı videoda:

Xatırladaq ki, Prezident İlham Əliyevin yanvar ayında imzaladığı sərəncama əsasən 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib.

İlk dəfə “Nəsimi” kompozisiyası UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilən təntənəli açılış mərasimində (30.06.2019) səslənib.