Maraqla gözlənilən "Valerian və min planet şəhəri" filminin ilk treyleri yayımlanıb.
“Qafqazinfo” xəbər verir ki, filmin rejissoru Lyuk Bessondur. Ekran işində baş rolları Kara Delevin və Deyn DeXaan oynayırlar.
Ssenariyə əsasən filmdə hadisələr 2740-cı ildə baş verir. Xüsusi agentlər Valerian (DeXaan) və Lorelin (Delevin) qalaktikada səyahət edirlər və ziyanvericilərlə mübarizə aparırlar. Növbəti missiya qəhrəmanları kainatın müxtəlif guşələrindən olan dünyalardan minlərlə varlıqların yaşadığı "Alfa" kosmik stansiyasına gətirir. Burada agentlər qarışıq işi araşdırmalı və bir hissəsi dostcasına, digəri isə düşmən kimi yanaşan yadplanetli varlıqları xilas etməlidirlər.
Ekran işi Avropa kino tarixində ən bahalı film hesab edilir. Belə ki, onun büdcəsi 180 milyon dollardır. Kara və Deyndən başqa filmdə Rihanna, İtan Houk, Klayv Ouen və başqa ulduzlar çəkiliblər.
Filmin premyerası avqustun 10-da baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər