Avropanın ən böyük akvaparkında yanğın oldu

avropanin-en-boyuk-akvaparkinda-yangin-oldu
Oxunma sayı: 1090

İsveçin ikinci ən böyük şəhəri olan Höteborqda yerləşən “Oceana” akvaparkında güclü yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı BBC məlumat yayıb.

Bildirilib ki, yanğın təmir işləri aparılan vaxt başlayıb:

“Həyəcan siqnalı səsləndiyi an həmin yerdə 30-40 nəfər olub. Bu, plastiklə işlənmiş hündür binadır, buna görə həm də güclü tüstülənmə baş verib”.

Yanğında on üç nəfərin xəsarət aldığı qeyd olunub.

Xatırladaq ki, Avropada ən böyük akvapark olan “Oceana”nın tikintisi 1,2 milyard dollara başa gəlib. Onun 2024-cü ilin yayında istismara verilməsi planlaşdırılır.