Avropanın ən güclüsü “Liverpul”! - Fotolar+Video

Avropanın ən güclüsü “Liverpul”!
Oxunma sayı: 5164

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən görüşdə ötən mövsüm Çempionlar Liqasını qazanan “Liverpul”la Avropa Liqasının qalibi “Çelsi” qarşılaşıb.

Tarixdə ilk dəfə olaraq finalı qadın hakim idarə edib. Stefani Frapparın yüksək səviyyədə idarə etdiyi matçın 90 dəqiqəsi 1:1 hesabı ilə başa çatıb.

Əlavə hissələrdə də komandalar hərəyə bir dəfə fərqlənib - 2:2. Qalib isə penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan "Liverpul" Superkuboku başı üzərinə qaldırıb.

14 avqust

UEFA Superkuboku

23:00. “Çelsi”  – “Liverpul” - 2:2 (4:5 penaltilər)

Qol: Jiru, 36, Jorjinyo, 100 (pen) - Sadio Mane, 48, 95

Baş hakim: Stefani Frappar (Fransa)
İstanbul. “Vodafon Park” stadionu











Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi