Avropanın ən pis aviaşirkəti açıqlandı

avropanin-en-pis-aviasirketi-aciqlandi
Oxunma sayı: 4090

Macarıstanın “Wizz Air” loukosteri Avropanın ən pis aviaşirkəti seçilib.

“Qafqazinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, bu, Böyük Britaniyanın “Which?” təşkilatının apardığı sorğu əsasında müəyyənləşib.

Şirkət mümkün 100 xaldan 48-ni toplayıb.

Aşağı nəticə göstərən aviaşirkətlər arasında, həmçinin “Ryanair” (52 xal), “Eurowings” (53 xal), “British Airways” və “Lufthansa” (hər biri 57 xal) var.

Ən yaxşı aviaşirkət “Jet2” seçilib (80 xal). İkinci yerdə “Turkish Airlines” (78 xal), üçüncü yerdə isə “Swiss” və “Finnair” (hər biri 75 xal) qərarlaşıblar.

Həmçinin oxuyun: AccessBank пожертвовал 90 тысяч манатов на поддержку Турции