Fransada keçiriləcək Avropa Çempionatının başlamasında artıq 4 gün qalır. “Qafqazinfo” xəbər verir ki, ulduz futbolçularla yanaşı gənclər də qitə birinciliyində özlərini göstərməyə çalışacaq.
Gözlər isə bir neçə gənc futbolçunun üzərində olacaq. Onları sizə təqdim edirik:
Federiko Bernardeski – İtaliya
22 yaşlı vinger bu mövsüm “Fiorentina”nın heyətində 33 dəfə meydana çıxıb. Cinahdan qurulan hücumları cərimə meydançasına girərək zərbə ilə tamamlamağı sevən futbolçu 3 qolun da müəllifidir.

Ante Çoriç – Xorvatiya
19 yaşlı yarımmüdafiəçi ilk dəfə əsas milli ilə qitə çempionatına qatılacaq. Zaqreb “Dinamo”sunun futbolçusu daha uzaqdan zərbə vurmağı xoşlayır. “Çelsi” bu gənc ulduzu heyətinə qatmaq fikrindədir. London klubunun skautları Fransada onu izləyəcək.

Renato Sançes – Portuqaliya
“Bavariya”nın yeni 18 yaşlı transferindən Portuqaliya millisi çox şey gözləyir.

Ozan Tufan – Türkiyə
21 yaşlı futbolçu 23 dəfə Türkiyə millisinin formasını geyməyi bacarıb. “Fənərbaxça”nın üzvündən Avropa Çempionatında çox şey gözlənilir. Onun qitənin nəhəng klublarının diqqət mərkəzinə düşə biləcəcyi də söylənilir.

Şime Vrsalko – Xorvatiya
İtaliyanın “Sassuolo” klubunun heyətində özünü sübut edən futbolçu nəhənglərin də hədəfinə düşə bilər.

Markus Reşford – İngiltərə
“Mançester Yunayted”in 18 yaşlı üzvü İngiltərə Premyer Liqasında keçirdiyi ilk oyunda dubl etmişdi. Yığmanın formasını geydiyi birinci matçında da qol vuran futbolçu bütün qitənin diqqətlərini üzərinə çəkə bilib.

Hyusay Əlsəid – Albaniya
22 yaşlı futbolçu İtaliya çempionatında “Napoli” forması ilə 35 oyuna çıxıb. Bu dəfə isə üzərində daha böyük klubların diqqəti olacaq.

Leroy Sane – Almaniya
“Şalke”nin 20 yaşlı futbolçusu bir çox klubun diqqət mərkəzindədir.

Rafael Herreyro – Portuqaliya
22 yaşlı futbolçunun adı Dortmund “Borussiya”sı ilə hallanır. Fransanın “Loryen” klubunda çıxış edən futboçunun özünü Avropa Çempionatında necə göstərəcəyi karyerasında rol oynayacaq.

Yuliyan Vayql – Almaniya
20 yaşlı futbolçu Almaniya millisinin gələcək ulduzlarından hesab olunur. Bunun nə dərəcədə doğru olub-olmaması Avropa Çempionatında görünəcək.

Son xəbərlər
Son Xəbərlər