Avropanın mərkəzində tək qaldı... - Foto

avropanin-merkezinde-tek-qaldi
Oxunma sayı: 20223

Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvəsinə dəvət edilən Ukrayna Prezidenti Volodimir Zelenskinin fotosu diqqət çəkib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, həyat yoldaşı Yelena Zelenska ilə şam yeməyinə qatılan Ukrayna liderinin tək qaldığı anlar kameralara əks olunub.

Fotoda NATO liderlərinin öz aralarında söhbət etdiyi, bəzilərinin güldüyü, bu zaman isə Zelenskinin tək qaldığı və ətrafa narahat üz ifadəsi ilə baxdığı görünür.

Sözügedən foto ötən gündən etibarən sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub.