Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynadakı etirazçılara dəstəyini ifadə edib. Musavat.com-un “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, sabiq prezident yenidən Maydanda olub.
Mixail Saakaşvili çıxışında bildirib ki, ukraynalılar tarix yazıblar, dünyanı dəyişiblər və bütün dünyaya dərs veriblər: “Avropanın ürəyi Brüsseldə, Berlində yox, Kiyevdə döyünür. Tale Ukraynada həll olunur”.
“Siz bu Maydanda bütün dünyanı təəccübləndirdiniz. Amma indi bir daha təəccübləndirmək lazımdır. Bizi növbəti dəfə təəccübləndirin: azad və uğrulu Ukrayna qurun. Həmişəlik”, - Saakaşvili deyib.
Son xəbərlər
Son Xəbərlər