Avroparlament Quaydonu müvəqqəti prezident kimi tanıdı

avroparlament-quaydonu-muveqqeti-prezident-kimi-tanidi
Oxunma sayı: 1573

Avropa Parlamenti Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

“Qafqazinfo” xəbər verir ki, deputatların bu gün keçirdikləri səsvermədə Venesuela Milli Assambleyasının eks-sədrinin qanuni dövlət başçısı kimi tanınmasının leyhinə 439 parlamentari, əleyhinə 104 nəfər səs verib. Daha 88 nəfər isə bitərəf qalıb. 

Xatırladaq ki, yanvarın 23-də müxalifət lideri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib. Onu ABŞ, Kanada, həmçinin əksər Latın Amerikası ölkələri tanıyıb. Nikolas Maduroya dəstək olan ölkələr isə Meksika, Kuba, Boliviya və Türkiyədir.