Avroparlamentin Polşadan olan deputatı Yanuş Korvin Mikkenin qızı Varşava aeroportunda saxlanılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, avtomobilini narkotik vasitənin təsiri altında idarə etməkdə ittiham olunur. Belə ki, onun maşınında şübhəli maddə aşkar edilib. Polis hazırda qadının narkotik maddənin təsiri altında maşını idarə edib-etmədiyini araşdırır. Eyni zamanda, deputat qızının sürücülük vəsiqəsinin olmadığı müəyyən edilib.
Qeyd edək ki, Korvin Mikke martın əvvəlində Avropa Parlamentinin iclasında qadın və kişi əməyində maaş fərqi ilə bağlı çıxışına görə sərt tənqid olunmuşdu. O bildirmişdi ki, qadınlar zəif, kişilərdən az ağıllıdırlar və az maaş da almalıdırlar. Bu çıxışına görə, o, vəzifəsinin icrasından 10 gün uzaqlaşdırılmış, həmçinin bir il ərzində AP-ni hər hansı konfransda təmsil edə bilməyəcək.
Son xəbərlər
Son Xəbərlər