Dünən Avropadan 42 Azərbaycan vətəndaşı ölkəyə geri qaytarılıb.
Dövlət Miqrasiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 15-də Azərbaycan Respublikası vətəndaşı olan 39 nəfər Almaniyadan, 3 nəfər isə Avstriyadan ölkəyə geri qəbul edilib.
Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Son xəbərlər
Son Xəbərlər