Avropaya səfəri zamanı Zelenski ilə iki dəfə görüşə bilər

avropaya-seferi-zamani-zelenski-ile-iki-defe-goruse-biler
Oxunma sayı: 1818

ABŞ lideri Co Bayden Avropaya səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə iki dəfə görüşə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, siyasətçilər Fransada Normandiyanın desantının 80 illiyi şərəfinə keçirilən tədbirlərdə və İtaliyada keçirilən G7 sammitində bir-birlərini iki dəfə görə bilərlər.

“Bir həftədən çox müddətdə Prezidentin Zelenski ilə iki mühüm görüşü ola bilər” - o, brifinq zamanı qeyd edib.

Sallivan qeyd edib ki, Zelenski və Bayden Fransada, eləcə də 13-14 iyunda İtaliyada G7 sammitində iştirak edəcəklər.