Avropaya yol xoş niyyətlərlə salınıb

avropaya-yol-xos-niyyetlerle-salinib
Oxunma sayı: 2823


Azərbaycan bu halda şiferdən imtina edir. Bu, haqlı olaraq etibarlı, təbii, ekoloji təmiz və bununla yanaşı əlverişli dam örtüyü nüfuzunu qazanan, on illərin sınağından keçən materialdır. Şifer Avropa sosial xartiyasının bəzi müddəalarının yanlış traktovkasının qurbanı olmaq təhlükəsi qarşısında qalmışdır.

Artıq 1961-ci ildə qəbul edilən bu sənəddə qitənin ərazisində asbestdən istifadədən imtina etmək tövsiyyəsi təsbit edilmişdi. Bu sənədin işıq üzü gördüyü zaman dünyada asbest adlandırılan bu mineralın müxtəlif formaları arasında fərq qoyulmurdu. Eyni zamanda Avropada ənənəvi olaraq ciyərlərdən xaric olunmayan və ona görə də xüsusilə onun istifadə edildiyi istehsal müəssisələrinin işçilərində ciddi tənəffüs yolları xəstəliklərinin yaranmasına səbəb olan amfiboldan istifadə edirdilər. Keçmiş SSRİ-nin ərazisində və bir çox digər ölkələrdə, məsələn, Kanadada, əsrlər boyunca xrizotil asbest hasil olunmuş və müxtəlif tələbatların ödənməsi məqsədi ilə istifadə edilmişdir. Onun strukturu amfibol asbestdən əhəmiyyətli dərəcədə fərqlənir ki, bu da nəzarət altında istifadə edilən zaman onu təhlükəsiz edir.

Daha sonra, 1997-ci ildə , mütəxəssislərin amfibol və xrizotili geniş surətdə tətbiq etməyə başladıqları zaman Süni mineral liflər üzrə Avropa komissiyasının direktivi meydana gəlmişdir. Həmin sənəddə qeyd edilir ki, əgər mineral liflər, xrizotillə olduğu kimi, tez həll olunur və ya parçalanır və ciyərlərdən xaric olunursa, bu zaman onlar kanserogen effektə səbəb olmurlar, yəni onlar ciddi xəstəliklər yaratmaq qabiliyyətinə malik deyildirlər. Xrizotil mineral liflər arasında ən yüksək - maksimum iki həftəyə qədər həll olma qabiliyyətinə malikdir. Tədqiqatçılar müqayisə etmək üçün xrizotilin əvəzedicisi qismində istifadə edilən və istehsalçılar tərəfindən təhlükəsiz kimi qiymətləndirilən mineral liflərin yarı ixracı dövrü haqqında məlumatları təqdim etmişlər:

* Sellüloz lifi - 1046 gün;

* Keramika lif - 55 gün;

* Paraamid lif - 45 gün;

* Şüşə lif - 6-79 gün;

* Mineral yun - 5-67 gün.

Asbest tərkibli materiallarla mübarizədə sosial xartiyanın müddəalarından istifadə - bayağı haqsız rəqabətin bir nümunəsidir. Dam örtüklərinin istehsalçıları azərbaycanlı istehlakçılara xrizotil asbestdən hazırlanan şiferə çoxsaylı alternativ təklif edirlər. Dam örtüyü materiallarının yeni müxtəlif növləri sanki daha gözəldir, lakin onlar daha baha, daha az praktik və bir çox hallarda sağlamlıq üçün zərərlidir. Məsələn, metal kirəmit günəşin təsiri nəticəsində qızır ki, bu da onun Azərbaycanda istismarı üçün qəbuledilməz bir haldır. Ondulin istiliyə qarşı davamlı deyil və yaxşı yanır. Fibrosement kövrəkdir və digərləri ilə müqayisədə lifləri ciyərdən daha uzun müddət ərzində ixrac olunan sellülozdan istifadə etməklə istehsal olunur (bax.yuxarıda). Bununla yanaşı fibrosement PVA, PVX və s. kimi kimyəvi maddələrin köməyi ilə yaradılır.

Azərbaycanda şiferin taleyi haqqında qərarın qəbul edilməsi zamanı sağlam düşüncənin qələbə çalacağına ümid hələ də qalmaqdadır.