Avrora Qrup qanvermə aksiyasına qoşulub - Fotolar

avrora-qrup-qanverme-aksiyasina-qosulub
Oxunma sayı: 1225

Avrora Qrup kollektivi Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışı və təşəbbüsünə qoşularaq Mərkəzi Qan Bankında qanvermə aksiyasında iştirak edib. Məqsəd son günlərdə Koronavirus pandemiyası ilə əlaqədar qan xəstəliyi olan uşaqların üzləşdiyi qan çatışmazlığının aradan qaldırılmasına töhvə verməkdir.

Şirkətdən “Qafqazinfo”ya verilən məlumata görə, qanvermə aksiyasında iştirak edənlər öncə Mərkəzi Qan Bankının peşəkar həkim kollektivi tərəfindən müayinə edilib. Daha sonra müvafiq prosedur üzrə qan verilib. Qanvermə aksiyası zamanı əldə edilən qan Talasemiya və Hemofiliya xəstəliyindən müalicə olunan uşaqlara pulsuz veriləcək.

Avrora Qrup bütün partnyorlarını və vətandaşları bu işdə birgə olmağa çağırır!

#bizbirlikdəgüclüyük