“Avroviziya-2022”nin loqo və sloqanı təqdim olundu - Video

avroviziya-2022nin-loqo-ve-sloqani-teqdim-olundu
Oxunma sayı: 1103

10-14 may tarixlərində Turin şəhərində keçiriləcək “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin rəsmi loqo və sloqanı təqdim olunub.

“Qafqazinfo” “Eurovision.tv” saytına istinadən xəbər verir ki, mahnı müsabiqəsinin sloqanı “The Sound of Beauty” (Gözəlliyin səsi) ifadəsi olub.

Loqotipdə isə səs dalğaları əks etdirilib. Bu naxışlar harmonik səslər zamanı mandalanı xatırladan simmetrik həndəsi formalar və kompozisiyalar yaradan Xlandi fiqurları kimi tanınır.

Qeyd edək ki, Azərbaycanın 66-cı “Avroviziya” mahnı müsabiqəsindəki iştirakı təsdiqlənib. Təmsilçimizin adı yaxın vaxtlarda açıqlanacaq. Hazırda İctimai televiziya müsabiqəyə mahnı seçimi aparır. Bu, yanvarın 31-dək davam edəcək.