“Avroviziya-2023” Ukraynada keçirilməyəcək

avroviziya-2023-ukraynada-kecirilmeyecek
Oxunma sayı: 2704

“Avroviziya” beynəlxalq mahnı müsabiqəsini 2023-cü ildə Ukraynada keçirmək mümkün olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı Avropa Yayım Birliyi (EBC) məlumat yayıb.

Xəbəri rus dilində oxuyun: AccessBank открывает еще один филиал в обновленной концепции

“Obyektiv təhlilin nəticələrinə görə, “Avroviziya” mahnı müsabiqəsinin İdarə Şurası təəssüflə belə qənaətə gəlib ki, sözügedən mahnı müsabiqəsinin keçirilməsi, təşkili və prodüserləşdirilməsi üçün yayım şirkətinə lazım olan tələblərə hazırkı şəraitdə riayət oluna bilməz”, - deyə məlumatda qeyd olunub. 

Qeyd olunur ki, Avropa Yayım Birliyi bununla əlaqədar olaraq müsabiqənin Böyük Britaniyada keçirilməsi ilə bağlı BBC ilə danışıqlara başlayıb.

Xatırladaq ki, Ukraynanın “Kalush Orschestra” qrupu mayın 14-ü İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya-2022” müsabiqəsində qalib gəlib.