“Avroviziya-2023”ün loqo və şüarı təqdim olundu - Video

avroviziya-2023un-loqo-ve-suari-teqdim-olundu
Oxunma sayı: 1807

Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yarışmanın rəsmi instaqram hesabında bildirilib.

Loqonun hazırlanmasında dörd parlaq rəngdən istifadə olunub. Builki şüar “United by Music” (“Musiqi ilə birləşdirilənlər”) olub.

Qeyd edək ki, müsabiqənin yarımfinalları 9 və 11 may, finalı isə 13 mayda baş tutacaq. Azərbaycan yarışmada iştirak edəcəyini təsdiqləyib.