“Avroviziya” üçün ölkəsindən çıxışına icazə verilmədi

avroviziya-ucun-olkesinden-cixisina-icaze-verilmedi
Oxunma sayı: 1490

Avstraliya nümayəndə heyəti və təmsilçi Montenin “Avroviziya” mahnı müsabiqəsi üçün Niderlanda getməsinə icazə verilməyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin dövlət kanalı SBS məlumat yayıb. Qeyd olunub ki, sənətçi ehtiyat çəkilişində iştirak edəcək.

Monten də müsabiqəsinin rəsmi saytına açıqlamasında bildirib ki, onda “COVID-19” aşkarlanmayıb, lakin ölkəsinin Avropadan uzaq olduğunu, sərt səyahət məhdudiyyətlərinin tətbiq edildiyini söyləyib:

“Özümü yaxşı hiss edirəm. Hələ yarışa bilərəm, amma bu nəhəng “Avroviziya” mərhələsindən yararlana bilməyəcəyimə görə kədərliyəm”.

“Avstraliya 35 ildən çoxdur ki, “Avroviziya” ruhunu qəbul edir və ilk dəfə 2015-ci ildə Vyanada yarışdığımızdan bəri rəqabət həvəsimiz durmadan artır. 2021-ci ildə Avstraliya bir daha dünyanın ən böyük mahnı yarışmasına qatılacaq, lakin bu dəfə sənətçimiz Monten xaricdə deyil, öz ölkəsində çıxış edəcək”, - deyə nümayəndə heyətinin rəhbəri Coş Martin bildirib.

Qeyd edək ki, Rotterdamda “Ahoy” konsert zalında hazırlıqlar başlayıb və şəhər ilk dəfə böyük səhnəyə şahidlik edəcək. Belə ki, səhnənin genişliyi 52 metr olacaq.

İlk məşqlərin mayın 8-də başlayacağı gözlənilir. Müsabiqə 18, 22 və 24 may tarixlərində reallaşacaq.