“Avroviziya-2019” mahnı yarışmasının qalibi və şənbə günü finalda çıxışı planlaşdırılan Dunkan Lourens koronavirusa yoluxub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın da çıxış etdiyi birinci yarımfinalın açılışını edən sənətçinin təmasda olduğu insanlar da artıq test verib.
Dunkanın yüngül simptomları olduğu bildirilib. Onun minimum 7 günlük təcrid müddətinə görə Rotterdamdakı “Ahoy” salonunda canlı çıxışı da təxirə salınıb.
Qeyd edək ki, “Avroviziya”da “COVID-19”la bağlı sağlamlıq və təhlükəsizlik protokolu tətbiq olunur. Məkan ətrafında işləyənlərin hamısı 48 saatdan çox olmayaraq test verir.
Son xəbərlər
Son Xəbərlər