“Avroviziya”da Rusiyanın səslərini o açıqlayacaq

avroviziyada-rusiyanin-seslerini-o-aciqlayacaq
Oxunma sayı: 1696

Rusiyanın “Birinci kanal”ı “Avroviziya-2021” mahnı müsabiqəsində Rusiyadan olan səsverməni elan edəcək şəxsin adını açıqlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, məşhur mahnı müsabiqəsində iştirakçılara Rusiyadan münsiflər tərəfindən veriləcək səsləri 2015-ci ildə “Avroviziya”da ölkəsinə ikinci yeri qazandıran müğənni Polina Qaqarina elan edəcək.

Qeyd edək ki, “Avroviziya-2021”in finalı bu gün Niderlandın Rotterdam şəhərində keçiriləcək. Azərbaycanı müsabiqədə “Mata Hari” mahnısı ilə Samirə Əfəndi təmsil edir. Ölkəmizdən münsiflər tərəfindən veriləcək səsləri 10 il öncə, 2011-ci ildə 221 xalla birinci olaraq “Avroviziya”nı Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək. Müsabiqə İctimai Televiziyanın efirində canlı olaraq yayımlanacaq.